SURAXANI RAYONUNDA QALİBLƏR MÜKAFATLANDIRILDILAR

 Suraxanı rayonu Gənclər Evində payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında ikinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Cəlil Əlizadə, Suraxanı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rəşid Heydərov, qalib komandanın üzvləri iştirak etmişlər. Çıxış edən natiqlər keçirilən tədbirin çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd etmiş, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort