Suraxanıda 2 Fevral Gənclər Günü qeyd edilib

    Bu gün Suraxanı rayon Gənclər və İdman İdarəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və  Suraxanı rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Atəşgah Məbədində “2 fevral Gənclər günü” ilə bağlı Suraxanı gənclərinin fəallarının iştirakı ilə  tədbir keçirilmişdir. Tədbirdə tanınmış idmançıalr, paralimpiyaçılar, millət vəkilləri,  müəssisə və təşkilatlarda çalışan gənclər,  ictimai təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.

   Tədbirdə Suraxanı rayon İH-nın başçısının müavini Afət Həsənova, Baş İdarənin rəisi Raqif Abbasov ölkədə aparılan uğurlu gənclər siyasətindən danışaraq, gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Çıxışlardan sonra  rayonun ictimai siyasi həyatında fəal iştirak etmiş bir qrup gənc  fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif edildilər.

Sonda Gənclər evinin və Suraxanı Mədəniyyət Sarayının bədii kollektivləri konsert proqramı ilə çıxış ediblər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort