Tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

    Azərbaycan Kooperasiya Universitetində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında  “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcədə asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Samir Kazımov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, Azərbaycan Kooperasiya Universitetinin prorektoru Fikrət Quliyev, Azərbaycan Kooperasiya Universitetinnin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Asəf Cabbarlı, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Rəsul Həşimov və 50 nəfər tələbə iştirak etmişdir.
Tədbirin açılış mərasimində iştirak edən qonaqlar çıxış edərək gəncləri salamladılar və iştirakçılara uğurlar arzuladılar.
Keçirilən oyunda rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən ibarət 9 komanda iştirak etmişdir. Onlardan I yeri Azərbaycan Dövlət İqtisad Universitetinin komandası, II yerə Azərbaycan Turizm və Menecment Universitetinin komandası, III yerə isə Azərbaycan Kooperasiya Universitetinin komandası tutmuşdur.
Qalib gələn komandalar diplom və medallar ilə təltif olunmuşdur.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort