T.İSMAYILOV adına UGYS-nın KOMANDASI ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR KOMANDA BİRİNCİLİYİNİN QALİBİ OLDU

Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilmiş şahmat üzrə Bakı şəhər komanda birinciliyi sona çatmışdır.

X turun nəticələri:
HRŞDK-1 — Ağdam UGŞİM 4 – 1
Nəsimi-1 — HRŞDK-2 3 – 2
T.İsmayılov ad. UGYS — RİOEUGŞM-2 3,5 – 1,5
Binəqədi-1 — Nəsimi-2 2,5 – 2,5
RİOEUGŞM-1 — Səbail-1 0,5 – 4,5
Binəqədi-2 — Səbail-2 3,5 – 1,5

XI turun nəticələri:
Səbail-2 — HRŞDK-1 4 – 1
Səbail-1 — Binəqədi-2 2 – 3
Nəsimi-2 — RİOEUGŞM-1 3,5 – 1,5
RİOEUGŞM-2 — Binəqədi-1 2,5 – 2,5
HRŞDK-2 — T.İsmayılov ad. UGYS 1 – 4
Ağdam UGŞİM — Nəsimi-1 1 – 4

11 turdan sonra T.İsmayılov ad. UGYS komandası (Hüseynov Kamil, Rufullazadə Muhəmməd, Hüseynli Ruslan, Əhmədov Zaur, Bağırov Xaqan) — 20 (36) xalla I yeri, Nəsimi-1 komandası (Hüseynov Krişnadas, Həsənquliyev Əli, Quliyeva Ayşən, Mehrəliyev Emil, İsmayılzadə Cahangir) — 19 (37) xalla II yeri, Səbail-1 komandası (Ələkbərov Emin, Xudiyev Sənan, İsayev Murad, Məmmədov Nicat, Qafarov Tural) — 13 (31,5) xalla III yeri tutmuşdur.

Komanda birinciliyində I yerləri I lövhə üzrə 8,5 xalla Hüseynov Krişnadas (Nəsimi-1), II lövhə üzrə 9,5 xalla Həsənzadə Vahid (HRŞDK-1), IIII lövhə üzrə 9 xalla Hüseynli Ruslan (T.İsmayılov ad. UGYS), IV lövhə üzrə 8,5 xalla Ağacan Alpturan (HRŞDK-2) və V lövhə üzrə 9,5 xalla İsmayılzadə Cahangir (Nəsimi-1) tutmuşlar.

Sonda təntənəli bağlanış mərasimi keçirilmişdir. Yarış iştirakçılarının, həmçinin valideyn-müəllim kollektivinin iştirak etdiyi tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Əbdülov Salman və RİOEUGŞM-nin direktoru Hüseynova Şirmayə çıxış edərək qalibləri təbrik etmiş, şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən turnirlərin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, onlara müvəffəqiyyətlər arzulamışlar.

Komanda birinciliyində I, II və III yerləri tutmuş komandaların üzvləri, həmçinin lövhələr üzrə I yerləri tutmiş idmançılar  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif edilmişlər.