Taekvando üzrə Bakı şəhər çempionatı keçirilmişdir

 

  03-05 noyabr 2012-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  “Musado” İdman Klubunda taekvando üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda Zəngilan, Dinamo, Musado, Fəarasət, A.T.F Qala, Qafqaz, Qarabağ, Taekvando, Fateh idman klubları, Zenit İC, Respublika Olimpiya Mərkəzi, 12 № İOEUGİM-dən 127 nəfər idmançı mübarizə aparmışdır. Kişilər arasında I yerlərə 54 kq çəki dərəcəsində Samir Aydınov, 58 kq çəki dərəcəsində Vüsal Məmmədov, 63 kq çəki dərəcəsində Elçin Əliyev, 68 kq çəki dərəcəsində Ziya Qasımov, 74 kq çəki dərəcəsində Hüseyn Mehralıyev, 80 kq çəki dərəcəsində Sənan Babayev, 87 kq çəki dərəcəsində Seyid Əzim Bədirxanlı, qadınlar arasında I yerlərə Surə Fərəcli, 53 kq çəki dərəcəsində Nigar Hacıyeva, 57 kq çəki dərəcəsində I yerə Ülviyyə İskəndərli, 67 kq çəki dərəcəsində Yelena Babayeva layiq görülmüşlər.

    Qalib gəlmiş idmançılar Baş İdarə tərəfindən medallar və müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.