Taekvondo İTF üzrə 3-cü beynəlxalq Bakı açıq turnirinə yekun vuruldu.

        Baş İdarə tərəfindən Şağan Olimpiya İdman Mərkəzində “18 oktyabr –  Dövlət Müstəqillik Günü” nə həsr olunmuş taekvondo İTF üzrə 3-cü beynəlxalq Bakı açıq turnirinə yekun vuruldu. Turnirdə Azərbaycan, İran, Özbəkstan, Russiya komandalarının iştirakı ilə 250-nəfərdən çox idmançı iştirak edib.

         7-8 yaşlı idmançılar arasında müxtəlif çəkilərdə Kürşad  Qurbanlı (Tornado İK),  Yusif Talıblı  (Şuşa İK), İbrahim Babayev  (Xəzər İK),  9-10 yaşlı idmançılar arasında Murad  Rəhimov  (Tornado İK), İsrafil Nəcəfof (Fateh İK), Nihad Qəhrəmanlı (Tornado İK), Feruzbek Uzmanov (Özbəkistan), Vüqar Aslanov (Xəzər İK), 11-13 yaş idmançılar arasında Asadbek Akbarov (Özbəkistan), Yasin İbrahimov (Tornado İK), İbrahim Xəlilov (Tornado İK), 14-15 yaş idmançılar arasında  Alişan Orucov (Tornado İK), Farhad Tahiri (İRAN), Murad Yasayev (Rusiya), 16-17 yaş idmançılar arasında Rüstəm Əliyev (Tornado İK),  İlkin Şahbazov (Xəzər İK), kişilər arasında Fərid Mehdizadə (Tornado İK), Vəli Həsənov (Tornado İK), Maxmud Akramov (Özbəkistan),  Həsən Həsənzadə (Tornado İK)  qalib oldular. Ümumi komanda hesabında Azərbaycan, 1-ci yeri Özbəkistan 2-ci yeri, İran 3-cü yeri , Rusiya  4-cü yeri tutublar.