Taekvondo üzrə açıq paytaxt birinciliyi keçirilib

     Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş taekvondo üzrə açıq paytaxt birinciliyi keçirilib. Respublikamızda fəaliyyət göstərən 60-dək taekvondo klub və bölmələrindən 600-dək idmançının qatıldığı yarışda Sumqayıt Təhsil RİM komanda hesabında ilk pilləyə, 6 saylı İOEUGİM ikinci, “Xəzər” taekvondo klubu isə üçüncü pilləyə sahib oldu.
     Yarışda oğlanlar arasında “Atilla” taekvondo klubunun üzvü Məhəmməd Həsənli, qızlar arasında isə “Xəzər” taekvondo klubunun təmsilçisi Zemfira Həsənzadə “ən yaxşı idmançı” adına layiq görüldü.
      Hakimlərdən isə Dilarə Həsənova və Xəzər Həsənov döyüşləri ədalətli idarə etdiklərinə görə “ən yaxşı hakim” seçiliblər.
       Yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib. O bildirib ki, Ümummilli Liderin Azərbaycanın və idmanımızın dünyada tanıdılmasında əvəzsiz rolu olub. Taekvondonun ölkəmizdə yüksələn xətlə inkişaf etdiyini vurğulayan R.Abbasov  bunun sayəsində Avropa, dünya və Olimpiya mükafatçılarımızın olduğunu xatırladıb.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort