Tamblinq üzrə 16-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatı, Batut Gimnastikası üzrə Açıq Azərbaycan Birinciliyi və Bakı Çempionatı, Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Birinciliyi və Bakı Çempionatı

 

      10 dekabr tarixində  Milli Gimnastika Arenasında baş tutacaq Tamblinq üzrə 16-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatında Bakı Gimnastika Məktəbi və Neftçi İdman Klubunu təmsil edən 21 gimnast balacalar, yenieytmələr, gənclər və böyüklər yaş kateqoriyasında çıxış edəcəklər.

     15 dekabr tarixi isə batutçular və aerobika gimnastlarının birgə yarışı ilə əlamətdar olacaq. Qeyd edək ki, Batut gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı açıq elan olunub. Bu turnirdə tamaşaçılar yerli gimnastlarla yanaşı, Gürcüstan təmsilçilərinin də çıxışlarını izləyə biləcəklər. Batutçular balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında yer alaraq, Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunu təmsil edəcəklər.

      Aerobika üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatına gəldikdə isə gimnastlar fərdi qadın, üçlük, qrup proqramında mübarizə aparacaqlar. Turnirdə əsasən Ocaq Sport Klubunun yetirmələri, həmçinin Sumqayıt şəhəri və Göyçay rayonun gimnastları çıxış edəcəklər.

Yarışların başlama vaxtı: 12:00