TƏRBİYƏ MÜƏSSİSƏSİNDƏ STOLÜSTÜ TENNİS TURNİRİ KEÇİRİLMİŞDİR

   Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə cəza çəkən yeniyetmələr arasında stolüstü tennis turniri keçirilmişdir. Tədbirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Tərbiyə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə mayoru Mübariz Vəliyev və digər rəsmi şəxslər yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. Püşkatmadan sonra rəqiblər arasında gərgin oyun şəraitində keçirilən yarışda I yeri Elmir Quluzadə , II yeri Şahmurad Səmədov , III yeri  Nazim  Bəkirov  tutmuşlar.
Sonda yarış iştirakçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmiş, Tərbiyə Müəssisəsinə stolüstü tennis raketkaları, şarlar, futbol topları və qapı toru hədiyyə verilmişdir.