Trek velosipedi üzrə Bakı birinciliyi keçirilib

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə respublika velotrekində keçirilən birincilikdə U-15, U-17, gənclər 23, elit kişilər yaş kateqoriyasına aid 70-dən artıq idmançı mübarizə aparıb.
      Açılışda idmançıları salamlayan BŞGİBİ-nin rəisi Raqif Abbasov velosipedçilərə uğurlar arzulayıb. Dövlət himni səsləndirildikdən sonra yarışa start verilib.
     Ən yaxşı nəticə göstərən Ayan Məmmədzadə, Ravi Rzayev , İradə Abdürrəhmanova, Hüseyn Nərimanov, Musa Mikayılzadə, Viktoria Sidorenko, Kamran Mirzəxanov, Radha Şabanova, Nikita Sitov 1-ci yeri tutub.
       Qalib və mükafatçılar BŞGİBİ və AzVİF tərəfindən medal və diplomla təltif ediliblər.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort