Türk Dövlətlərinin Birliyi Günü qeyd olunub

            Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında  “3 oktyabr – Türk Dövlətlərinin Birliyi Günü” münasibətilə tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev və gənclər iştirak ediblər. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbirdə “Ey Turanım!” mahnısının sədaları altında səhnəyə türkd ölkələrinin dövlət bayraqları gətirilib. Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında türkdilli dövlətlərin tarixindən danışıb, bir çox xalqların tarixin səhifələrindən silindiyi halda türk xalqlarının inkişaf yolu keçdiyini vurğulayıb: “Türkdilli xalqlar dünyaya sülh, rifah, ədalət, inkişaf gətiriblər. XXI əsrdə türkdilli dövlətlər qarşısında yeni missiyalar yaranıb. Bu dövlətlər bütövlükdə Avrasiyaya sülh, barış gətiriblər. 1990-cı illərin əvvəllərində türkdilli xalqların birliyinin təbliği üçün mühüm addımlar atılıb. Bu birliyin olması üçün siyasi iradə lazım idi və bu proses uğurla davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev türkdilli xalqların həmrəyliyinə, birliyinə böyük töhfələr verib. Cənab İlham Əliyevin təklifi ilə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu baxımdan çox böyük addımdır”.

              Sonra  “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev,  çıxış ediblər. Çıxışçılar Dünya Türklərinin Həmrəylik Günü münasibətilə iştirakçıları təbrik etmiş, türk dövlətlərinin birliyi istiqamətində görülən işlərdən söz açmış və bu prosesi dəstəklədiklərini ifadə etmişlər. 2009-cu ildə əsası qoyulan, 2010-cu ildı yaradılan Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının gördüyü işləri müsbət dəyərləndirən çıxışçılar dövlət başçılarının atdıqları addımların, verdikləri qərarların birliyi daha da möhkəmləndirdiyini qeyd ediblər.

                 Tədbirin bədii hissəsində vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının və digər sənətçilər tərəfindən  musiqilər səsləndirilib.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort