Turkdilli dövlətlərin gəncləri arasında “Türk birliyi gənclik düşərgəsi” təşkil edilmişdir.

  Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Ortaq mədəniyyət, ortaq gələcək və gənc liderlər” mövzusu çərçivəsində ortaq mədəniyyət, ortaq tarix və mədəni irsə sahib ölkələrin gənclərini toplayıb, yaxınlaşmaları, gənclər və cəmiyyətlər arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirmək, diqqətlərini dünyanın və cəmiyyətlərin problemlərinə yönəldərək, bəşəriyyətə və cəmiyyətə bütün istiqamətlərdə faydalı ola biləcək, mədəniyyətlərinə sahib çıxa biləcək gələcəyin liderlərinin yetişməsinə kömək etmək və güclü gələcək qurmaq məqsədi ilə Türkiyədə 2015-ci ilin 19 – 25 avqust(Trabzon şəhərində)  və 2015-ci ilin 27 avqust – 2 sentyabr (Samsun şəhərində) tarixləri arasında turk dilli dövlətlərin gəncləri arasında “Türk birliyi gənclik düşərgəsi” təşkil edilmişdir.

   Düşərgədə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistanı təmsil edən gənclərlə yanaşı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ezam olunmuş gənclər də iştirak etmişlər.

  Bu günlər ərzində  müxtəlif ölkələrdən gələn gənclər yeni tanışlıq və dostuq münasibətləri əldə etmiş,  müxtəlif sahələr üzrə olan bilik və bacarıqlarını nümayiş etdirmişlər.  Pionerinq, səmti müəyyənetmə, kamandan oxatma, haykinq, idman oyunları, həmçinin Trabzon- Amasya şəhərinə tur və digər fəaliyyətlər həyata keçirilmişdir.

  Düşərgədə olduğumuz müddət ərzində “Beynəlxalq gecə” təşkil edilmişdir ki, hər bir iştirakçı öz ölkəsinə xas olan mədəniyyətini, geyim,qida və həyat tərzini əks etdirən müxtəlif atributları nümayiş etdirmişdir. Azərbaycan gəncləri də öz novbəsində Azərbaycan gecəsi təşkil etmişlər. Tədbir dahi Üzeyir Hacıbəyovun, Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına” əsərinin  bütün tədbir iştirakçıları tərəfindən ifa olunması ilə başa çatmışdır.

  Sonda Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və folkloru ilə bağlı hədiyyələr və kitablar duşərgə iştirakçılarına təqdim edilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort