U-23 qadın və kişi cüdoçular arasında cüdo üzrə Bakı şəhər çempionatına yekun vurulub

         Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda U-23 qadın və kişi cüdoçular arasında medalçılar bəlli olub.
        Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunan çempionatda ümumilikdə 14 çəki dərəcəsində 330 idmançı mükafatlar uğrunda mübarizə aparıb.
       Çempionatın qalibləri cari ilin 12-14 iyul tarixlərində keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.
       Yekun nəticələrə görə Sabir İsmayılov (66 kq), Rəşid Məmmədəliyev (81 kq), Süleyman Yaqubov (100 kq), Vüsalə Kərimova (52 kq), Sevda Nəbiyeva (63 kq), Zeynəbxanım Əsəbova (70 kq), komanda hesabında isə Neftçi İdman Klubu Bakı çempionatının qalibi olublar.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort