Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 6 idman növü üzrə yarışlar keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ Təlim İdman Bazasında Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 6 idman növü (futbol, şahmat, güllə atıcılığı, kross qaçışı, karate) üzrə yarışlar keçirilmişdir. Yekun nəticələrə görə futbol yarışlarında “Vətən” komandası “Qaradağ” komandasına 3:1 hesabi ilə qalib gələrək I yeri tutmuşdur. Kross qaçışında I yerə Niyazova Arzu, II yerə Vəliyeva Nailə, III yerə Qəhrəmanova Aidə,  şahmat yarışlarında 2004-2005-ci il təvəllüdlü lər arasında I yerə Mahmudov Kamil, II yerə Məmmədov Səftətr, III yerə Tarverdiyev Nihat, 2006-2007-ci il təvəllüdlülər arasında I yerə Ağayeva Xuraman, II yerə Əzizli Amin, III yerə İsmayılzadə Emil, 2008-2009-cu il təvəllüdlülər arasında I yerə Əzizli Bilqeyis, Səfərzadə Zinhar, III yerə Mütəllimov Akif, 1998-99-cu il təvəllüdlülər arasında I yerə Abdullayev Namiq, II yerə Fərzəliyeva Nigar, II yerə Ənnağıyeva Aytən, 2000-01-ci il təvəllüdlülər arasında I yerə Möhsünov Möhsün, II yerə Məmmədov Qalib, III yerə Dadaşov Səbuhi, 2002-03-cü il təvəllüdlülər arasında I yerə Məmmədova Fatimə, Abdullayev Rəvan, III yerə Dostuzadə Ruslan layiq görülmüşlər. Güllə atıcılıq yarışlarında Əliyev Vahid, Qasımov Zaur, Nəbiyev Rauf fərqlənmiş və karate idman növü üzrə də isə nümunəvi çıxışlar göstərilmişdir.

 Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.