Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş futzal turniri

 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhər Baş Polis İdarəsinin təşkilatçıığı  ilə birgə tədbirlər planına əsasən silsilə tədbirlər , idman yarışları keçirilir. Tədbirlər planina əsasən bu gün DİN İC-də futzal üzrə turnirə start verilmişdir. Turnirdə  DİN-nin  strukturuna aid olan  müxtəlif  orqanlardan 13 komanda   dairəvi sistem üzrə mübarizə aparacaqdır. Turnirdə ilk üç yeri tutmuş komandaların heyətindən paytaxt yığma komandasının tərkibi müəyyən olunacaqdır.

Tədbirin açılış mərasimində iştirak edən Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov və BŞGİBİ-nin rəisi Raqif Abbasov  çıxış edərək  Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış mühüm mərhələ kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və xalqımızın yaddaşında əbədi yaşadacaqdır.