Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunmuşdur.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Dövlət Sərhəd Xidməti Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunmuşdur. Tədbirdə akademiyanın rəhbərliyi, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, həmin sektorun əməkdaşlarından Samir Kazımov iştirak etmişlər.

    Tədbirdə on nəfər əsgər və zabit tədrisdə və xidməti fəaliyyətinə gorə Baş İdarə tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

    Sonra tədbir incəsənət nümayəndələrinin iştirakı ilə  yadda qalan bədii hissə ilə davam etdirildi.