“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans və Bakı şəhər orta məktəblərinin şagirdləri arasında  “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir

   Tədbrdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun  prezidenti Ahmed Teçim və başqaları iştirak etmişlər.

   Tədbirdə iştirak etmiş məktəblilərə  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılmışdır.

   Raqif Abbasov  müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi baxımından inşa yazı müsabiqəsinin əhəmiyyətindən söhbət açıb, bunun Ümummilli Liderə ehtiramın bariz nümunəsi olduğunu nəzərə çatdırıb və çıxışının sonunda müsabiqənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

   Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və 8 nəfər fərqlənmiş şagirdlər Baş İdarə  tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təltif olundular.