Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Mən Heydər Əliyev irsini öyrənirəm” adlı bilik olimpiadası keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Qaradağ rayon Gənlər və İdman İdarəsi tərəfindən Heydər Əliyev Mərkəzində Qaradağ məktəblilərinin yuxarı sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Mən Heydər Əliyev irsini öyrənirəm” adlı test üsulu ilə bilik olimpiadası keçirilmişdir.  Tədbirdə Baş İdarənin rəis müavini Aydın Yusifov, gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov,  Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova,  QRGİİ-nin rəisi Elçin Abbasov, baş məsləhətçi və həmçinin münsiflər heyətinin sədri İlqar Qasımov  iştirak etmişdir.

  Olimpiadanın nəticəsi olaraq  I yerə Korgöz qəsəbəsi 197 saylı məktəbin şagirdi Abbaslı Cəlil, II yerə Lökbatan qəsəbəsi 139 saylı məktəbin şagirdi Məmmədli Ayxan, III yerə Müşviqabad qəsəbəsi 274 saylı məktəbin şagirdi Xancanov Kərim layiq görülmüşlər.

  Sonda qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort