Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş peyntbol üzrə Bakı turniri keçirilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş peyntbol üzrə Bakı turniri keçirilmişdir. Turnirdə alı təhsil ocaqları təmsil edən 16 komanda iştirak etmişdir. Turnirdə I yer Azərbaycan Texniki Universiteti, II yer Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, III yer Milli Aviasia Akademiyası tutmuşdur. Qalib komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən medal, kubok və müvafiq dərəcəli diplomlarla təltif olunmuşdur.