Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş dəyirmi masa

   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Avrasiya Universitetinin  birgə təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin  91-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.  Tədbirdə universitetin  prorektoru Pünhan Hüseynli, BŞGİBİ-nin rəisi Raqif Abbasov, AzDBTİA-nın prorektoru Yusif Babanlı, NRGİİ-nin rəisi Nəcəf  Novruzov, ali təhsil müəssisələri TGT-nın sədrləri və Avrasiya Universitetinin fəal tələbələri iştirak etmişdir.

  Tədbiri giriş sözü ilə açan universitetin prorektoru P. Hüseynli və Nərimanov RGİİ-nın rəisi N.Novruzov Umummilli Lider Heydər Əliyevin ildönümünə həsr olunmuş silsilə tədbirlər haqqında geniş məlumat vermişlər.

  Daha sonra BŞGİBİ-nin rəisi Raqif Abbasov “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda çıxış etmiş, Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığndan danışmışdır. R.Abbasov bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev gənclərin problemləri ilə daim maraqlanmış, onların sağlam və hərtərəfli inkişafı üçün dövlət səviyyəsində tədbirlərin görülməsi ilə bağlı bir çox fərman və sərəncamlar imzalamışdır. Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasının ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdıran BŞGİBİ-nin rəisi Raqif Abbasov vurğulamışdır ki, bu siyasət sahəsində normativ hüquqi aktlar, habelə gənclərin forumlarının keçirilməsi, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bu istiqamətdə atılmış mühüm addımlardır. Hazırda ölkəmizdə dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət müstəqilliyimizin layiqincə qorunub saxlanılmasında mühüm xidmətləri olan gənclərin sosial problemləri həll olunur.

   Çıxışlardan sonra tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılmış və təhsil və ictimai işlərdə fərqlənmiş bir qrup tələbəyə fəxri fərman təqdim edilmişdir.