Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Tələbə Kuboku” mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib

         Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  178 saylı tam orta məktəbin futbol meydançasında  rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Tələbə Kuboku” mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.

      Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.
Qeyd edək ki, turnirdə 12 komanda (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Bakı Avrasiya” Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, ADA Universiteti, Təfəkkür Universiteti, Qərb Universiteti, Bakı Humanitar Kolleci, Bakı İdarəetmə və Texnologiya Kolleci və Bakı Kooperasiya Kolleci ) iştirak etmişdir.
Turnirdə I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası, II yeri Azərbaycan Kooperasiya Universitetinin komandası, III yeri isə “Qərb” Universitetinin komandası tutmuşdur.
Turnirin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin fəal tələbələri iştirak etmişlər.
Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, kubok və medallar ilə təltif edilmişlər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort