UŞAQLAR ARASINDA ŞAHMAT ÜZRƏ ŞƏXSİ VƏ KOMANDA BİRİNCİLİYİ BAŞA ÇATDI

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2004 – 2007-ci il təvəllüdlü (10 yaşadək) və 2001 – 2003-cü il təvəllüdlü (13 yaşadək) uşaqlar arasında şahmat üzrə şəxsi və komanda birinciliyi keçirilmişdir.

 13 yaşadək uşaqlar arasında keçirilən yarışda şəxsi hesabda I yeri 8 xalla (əmsal 42,0) Allahverdiyev Rəqail (RİOEUGŞM), II yeri 7 xalla (əmsal 33,5) Əbdülbağıyev Rüfət (1 №-li İOEUGŞDİM), III yeri 6,5 xalla (əmsal 35,5) Şahmarlı İbrahim (RİOEUGŞM) tutmuşdur.

  10 yaşadək uşaqlar arasında keçirilən yarışda şəxsi hesabda I yeri 7,5 xalla (əmsal 39,0) Abbasov Azad (HİRŞDK), II yeri 7 xalla (əmsal 38,0) Züqanov Əli (1 №-li İOEUGŞDİM), III yeri 7 xalla (əmsal 33,5) Kanlı Alperen (2 №-li UGŞİM) tutmuşdur.

  10 yaşadək uşaqlar arasında keçirilən yarışda komanda hesabında I yeri 19,5 xalla (əmsal – 97,0) HİRŞDK (Abbasov Azad – 7,5 (39,0), Səmədov Read – 6 (31,0), Zeynallı Rəsul – 6 (27,0)) komandası, II yeri 19 xalla (əmsal – 94,0) 2 №-li UGŞİM (Kanlı Alperen – 7 (33,5), Zahidov Fərid – 6 (33,5), Hüseynov Adil – 6 (27,0)) komandası və III yeri 19 xalla (əmsal – 91,0) 3 №-li UGŞİM (Orucova Arzu – 7 (33,0), Teymurov Elnur – 6,5 (31,0), Qocayev Emil – 5,5 (27,0)) komandası tutmuşdur.

   9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışlarda Allahverdiyev Rəqail (RİOEUGŞM) – 8 xal, Əbdülbağıyev Rüfət (1 №-li İOEUGŞDİM) – 7 xal, Abbasov Azad (HİRŞDK) – 7,5 xal, Züqanov Əli (1 №-li İOEUGŞDİM) – 7 xal, Kanlı Alperen (2 №-li UGŞİM) – 7 xal, Orucova Arzu (3 №-li UGŞİM) – 7 xal və Qurbanov İsmayıl (Əlifba UTE) – 7 xal toplayaraq I dərəcə normasını yerinə yetirmişlər.

   Oyunlardan sonra təntənəli bağlanış mərasimi keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Əbdülov Salman çıxış edərək şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən yarışların böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişdir. 2014-cü ilin yekunları olaraq Batumi şəhərində keçirilmiş Avropa çempionatının mükafatçısı Beydullayeva Gövhər, ilin ən yaxşı məşqçi-müəllimi nominasiyası üzrə Allahverdiyev Anar, ilin ən yaxşı hakimi nominasiyası üzrə Məmmədzadə Nurəli pul mükafatı ilə mükafatlandırılmışlar.
Sonda yaş qrupları üzrə I, II və III yerləri tutmuş idmançılar, həmçinin qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla, kubokla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort