Üzgüçülərimiz Tibilisidən uğurla döndülər

   Gürcüstanın Tibilisi şəhərində  açıq qış çempionatı keçirilmişdir. Qeyd olunan yarışa Bakı şəhər yığma komandası məşqçi Vaqif Nəsibovun rəhbərliyi altında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuşdur. Həmin yarışda idmançılarımız   Nazir İsmayılov  100 m məsafədə arxası üstə I yerə, 50 m məsafədə arxası üstə II yerə, 4×100 m qarışıq üsulla III yerə, Nurlan Əliyev  100 m məsafədə arxası üstə III yerə,  200 m məsafədə arxası üstə III yerə, Kamran Cəfərov 50 m butterfly üsulla  III yerə, Ruslan Dünyamalıyev 4×100 m qarışıq üsulla I yerə, 200 m butterfly üsulla III yerə, Murad Nəbizadə 100 m və 200 m bras üsulla  III yerə, Çingiz Rəcəbov 1500 m məsafə üzrə II yerə layiq görülmüşdür.