Üzgüçülük üzrə “Şən Delfin” Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə  “Şən Delfin” Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə “Təhsil” RİM RİOEUGİM, AzDBTİA, “Start” İK, “Hövsan” OİK, “Edem” SPA, MOİK, “Neftçi” İSM, “Sərhədçi” İOM, “Xətai” UGİM, Sumqayit idman klub və cəmiyyətlərini təmsil edən 114 idmançı (30 qız, 84 oğlan) iştirak etmişdir. Nəticələrə görə kiçik yaş qrupu arasında 100 m. kompleks üsulla I yerə Rəciyeva İlahə (Sumqayıt), Mikayılov Əlövsət (Sərhədçi), 50 m.  batterflyay üsulla I yerə Rəciyeva İlahə (Sumqayıt), Nağıyev Orxan (Təhsil), 50 m. arxası üstə üsulla  I yerə Stisyuk Yana (Təhsil), Mikayılov Əlövsət (Sərhədçi), 50 m. brass üsulla I yerə Quliyeva Nigar (Sərhədçi), Səfərli Sərxan (Sərhədçi), 50 m. sərbəst üsulla I yerə Rəciyeva İlahə (Sumqayıt), Mikayılov Əlövsət (Sərhədçi), 100 m. batterflyay üsulla I yerə Mikayılova Fəridə (Sumqayıt), Baqautdinov Rüstəm (Hövsan), 100 m.arxası üstə üsulla I yerə Andryuşenko Anna, Kolyayev Timur (MOİK), böyük yaş qrupu arasında 200 m. kompleks üsulla I yerə Andryuşenko Anna (Start), Kolyayev Timur (MOİK), 100 m. brass üsulla I yerə Mikayılova Fəridə (Sumqayıt), Həmidi Əli (Təhsil), 100 m. sərbəst üsulla Andryuşenko Anna (Start), Baqautdinov Rüstəm (Hövsan) I yerə layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar