Üzgüçülük yarışı ilə bağlı iclas keçirilmişdir

    Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin akt zalında Abşeron Olimpiya İdman Kompleksində 8 -11 fevral 2019-cu il tarixdə keçiriləcək üzgüçülük üzrə “Qızıl balıq”   Bakı şəhər açıq birinciliyi ilə bağlı iclas baş tutmuşdur. İclasda Baş idarənin üzgüçülük üzrə kuratoru Anar Əsədov, klub və cəmiyyətlərin baş məşqçiləri, hakimlərin iştirakı ilə yarışın keçirilmə şərtləri ilə bağlı müzakirələr aparılmışdır. Birinciliyin yüksək səviyyədə keçirilməsi üçün təkliflər irəli sürülmüşdür.