Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş mini-futbol turniri keçirilmişdir

       Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonunun ərazisində yerləşən Azfar MMC-nin stadionunda idman könüllüləri arasında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş mini-futbol turniri keçirilmişdir.
        Futbol turnirinin nəticəsinə əsasən I yeri “ZƏFƏR” komandası , II yeri “MÜBARİZ” komandası, III yeri “POLAD” komandası tutmuşdur.
       Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun baş məsləhətçisi Cəlil Əlizadə, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilatı işlər üzrə meneceri Adilə Səfərova iştirak etmişdir.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort