Vətənpərvərlik klubları arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xətai rayonu 27 saylı orta məktəbin akt zalında Bakı şəhərində yerləşən vətənpərvərlik klubları arasında “Breyn-ring” intellektual oyunu üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Oyun 11 komanda arasında olimpiya sistemi üzre keçirilmişdir. Hər turda komandalara 5 sual verilmişdir və gərgin keçən mübarizədən sonra qalib komandalar müəyyən edilmişdir. Oyunun nəticələrinə görə I yerə Yasamal rayon komandası, II yerə Xəzər rayon komandası, III yerə Səbail rayon komandası layiq görülmüşdür. Sonda qalib komandalara Baş İdarə tərəfindən diplom və hədiyyələr təqdim olunmuşdur.