Vado-ryu karate- do üzrə Bakı şəhər açıq kuboku

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şüa İdman Sağlamlıq Kompleksində vado-ryu karate- do üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Yarışda şəki, Ağdaş, Sumqayıt və paytaxt klubları, o cümlədən Şotokan İk, Qasaraki İk, Fennix İK, Qafqaz İK, Neftçi İSM, Sərhədçi İK, Fərasət İK, Azərikan-Bakı İK, Azərikan-Sumqayıt İK, Xətai İK, Cəngavər İK, Qaraqaplan İK komandalarını təmsil edən 257 nəfər idmançı iştirak etmişdir. Yarışın nəticələrinə görə I yerə S.Səfərli, F.Savadov, O.Əsədov, R.Baxşəliyev, M.Həsənli, A.Qasımov, E.Aşurov, F.Ağayev, S.Salahov, Ə.Rəhimov, R.Teymurzadə, B.Qələmzadə, M.Ələsgərov, Ə.Həsənov, Ş.Orucov, T.Əhmədzadə, C.İsmayılov, E.Əlimərdanov, M.Abbaszadə, İ.Ağalı layiq görülmüşlər.