Vado-ryu karate- do üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində  vado-ryu karate- do üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Yarışda  paytaxt klubları, o cümlədən “Şotokan” İK, “Qasaraki” İK, “Fennix” İK, “Qafqaz” İK, “Neftçi” İKİB, “Sərhədçi” İK, “Fərasət” İK, “Azərikan-Bakı” İK, “Azərikan-Sumqayit” İK, “Xətai” İK, “Cəngavər” İK, “Toğrul”İK, “Qaraqaplan” İK-nı təmsil edən 300 nəfər idmançı 5 yaş qrupunda müxtəlif çəki dərəcələri üzrə mübarizə aparmışdır.

     Birincilikdə 160 nəfər idmançı mükafata layiq yerləri tutmuşdur. Mükafatçılar arasında Musayev Orxan, Kazımova Mədinə   və Qurbanova Məryəm birinciliyin ən texniki idmançıları nominasiyasında xüsusi fəxri fərmanla təltif olunmuşlar.

       I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.