Vado-ryu karate- do üzrə Bakı şəhər kuboku keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Inter” Idman Klubunda  vado-ryu karate- do üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda  “Şotokan” İK, “Qasaraki” İK, “Fennix” İK, “Qafqaz” İK, “Neftçi” İKİB, “Sərhədçi” İK, “Fərasət” İK, “Azərikan-Bakı” İK, “Azərikan-Sumqayit” İK, “Xətai” İK, “Cəngavər” İK, “Qaraqaplan” İK-nı təmsil edən 350 nəfər idmançı 3 yaş qrupunda 8 çəki dərəcəsi üzrə mübarizə aparmışdır.

  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.