Vətən müharibəsi qazisi İlkin Ələkbərova yardım olunacaq

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə, Baş İdarənin Rayon Gənclər və İdman idarələri ilə iş və kadrlar sektorunun müdiri Gündüz Vəliyev, Boccia İdman Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Kazımova, Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə, Boccia İF assistenti Nərgiz Kərimova dekabr ayının 27-də Qazi İlkin Ələkbərovu ziyarət etmişdilər.
     İlkin Ələkbərov oktyabrın 4-də Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. Snayperdən açılan mərmi nəticəsində başının sol hissəsi yaralanmış İlkinin bədənində çoxsaylı qəlpələr var.
     Qazimizin atası Elçin Ələkbərov da I qrup əlil olub. O, Birinci Qarabağ müharibəsində iştirak edib və ağır yaralanıb. Qazimizin hər iki valideyni vəfat edib. Əslən Neftçala rayonundan olan İlkin Ələkbərov hazırda özündən yaşca kiçik olan iki qardaşı ilə birgə Salyan rayonunda xalasının himayəsində yaşayır.
     Qeyd edək ki, İlkin Ələkbərov 22 yaşındadır. O, Rabitə və Nəqliyyat kollecini bitirib. O, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
    Bildirilib ki, İlkin Ələkbərov uşaqlıqdan Neftçala rayonunda yaşayıb. Qazimizin Atası Elçin Ələkbərov 2007-ci ildə ev üçün Neftçala rayon icra hakimiyyətinə dəfələrlə müraciət edib, lakin bir nəticəsi olmayıb.
2020-ci il 5 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra  Hakimiyyətinin başçısı təyin edilib. Mirhəsən Seyidov icra başçısı təyin edildikdən sonra yenidən müraciət olunub və biz inanırıq ki, müraciətimizə baxılacaq.
       Həmçinin, İlkinin xalası və yoldaşı tərəfindən Salyan rayon İcra Hakimiyyətinə də müraciət olunub. İcra Hakimiyyətinin əməkdaşları gəlib İlkinlə maraqlanıblar. Sadəcə olaraq ev məsələsinin bir daha gözdən keçirilməsi xahiş olunub.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort