Vətən Müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş şahmat turnirinin qalibləri mükafatlandırıldı

            Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Vətən Müharibəsi şəhidi “Şuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Ömər Rəhimlinin xatirəsinə həsr olunmuş   onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə şəhid Ömər Rəhimlinin  atası Rəşad Rəhimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, rəis müavini Rəşad Əliyev, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev,  sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz  Vəliyev, şəhidin sərbəst güləş üzrə məşqçisi olmuş Cavidan İsmayılzadə,  turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.

İlk öncə, Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Baş İdarənin rəisi  Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin ailəsinə minnətdarlıq edərək  qeyd edib ki, bu cür turnirlərin keçirilməsində əsas məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etməkdən ibarətdir.

Sonra şəhid Ömər  Rəhimlinin atası Rəşad  Rəhimov idmançılara uğurlar arzulayıb, övladlarının xatirələrinin  əziz tutulmasına görə  minnətdarlığını bildirib.

Sonda qaliblər Baş İdarə tərəfindən medallar və xatirə diplomları ilə mükafatlandırıblar. Nəticələrə görə turnirdə oğlanlar arasında Allahverdi Həmidov I yeri, İsmayıl Süleymanlı II yeri, Məmməd Məmmədzadə III yeri, qızlar arasında Aytac Məmmədova I yeri, Məryəm Ağaverdiyeva II yeri, Səlbinaz İsmayılova III yeri tutmuşlar.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort