Vətən Müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş şahmat turnirinin qalibləri mükafatlandırıldı

         Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Vətən Müharibəsi şəhidi “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Oktay Ağabəyovun xatirəsinə həsr olunmuş   onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

         Tədbirdə şəhid Oktay Ağabəyovun anası Əlvadə Ağabəyova, atası Baxşəli Ağabəyov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəis müavini Aydın Yusifov,  sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz  Vəliyev, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.

         Baş İdarənin rəis müavini  Aydın Yusifov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin ailəsinə minnətdarlıq edərək Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini bildirib.

            Sonra şəhid Oktay Ağabəyovun atası Baxşəli Ağabəyov  idmançılara uğurlar arzulayıb, övladlarının xatirələrinin  əziz tutulmasına görə  minnətdarlığını bildirib.

             Sonda qaliblər Baş İdarə tərəfindən medallar və xatirə diplomları ilə mükafatlandırıblar. Nəticələrə görə turnirdə oğlanlar arasında Süleyman Süleymanlı I yeri, Allahverdi Həmidov II yeri, Amin Qurbanov III yeri, qızlar arasında Xanım İsmayılova I yeri, Şəms Fərzəli II yeri, Nərgiz Rəşidova III yeri tutmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort