“Vətən səsi” vətənpərvərlik mahnıları mövzusunda müsabiqə keçirilmişdir.

  Suraxanı Gənclər  Evində Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında “Vətən səsi” vətənpərvərlik mahnıları mövzusunda müsabiqə keçirilmişdir.
Müsabiqə iştirakçılarının ifalarının qiymətləndirilməsi üçün 4 nəfərdən ibarət münsiflər heyəti təyin olunmuşdur.
Tədbiri giriş sözü ilə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov açaraq iştirakçıları müsabiqənin keçirilmə şərtləri ilə bir daha tanış etmiş və onlara uğurlar arzulamışdır. İştirakçıları dinlədikdən sonra münsiflər heyətinin yekdil qərarına əsasən xarici dillər təmayüllü gimnaziya məktəbinin  şagirdi Murad İbrahimov, 226 saylı orta məktəbin şagirdi Nərmin Talıblı və 280 saylı orta məktəbin şagirdi Tural Əmiraslanlı I yerə, 285 saylı orta məktəbin  şagirdi Rəvan Şahmarlı, 196 saylı musiqi məktəbin  şagirdi Fidan İbrahimli, 65 saylı orta məktəbin şagirdi Ülkər Məmiyeva II yerə, 87 saylı orta  məktəbin  şagirdi Mövsüm Salamzadə, 281 saylı orta məktəbin şagirdi Fatimə Şıxıyeva və 101 saylı orta məktəbin şagirdi Sadıq Əliyev III yerə layiq görülmüşlər.
Qaliblər Baş İdarənin müvafiq dərəcəli diplomları ilə mükafatlandırılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort