Vətənpərvərlik klubları arasında “Breyn-rinq” intellektual oyunu keçirilib.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında vətənpərvərlik klubları arasında  “Breyn-rinq” intellektual oyunu keçirilib. İntellektual Oyunda paytaxtın bütün rayonlarından olan komandalar iştirak ediblər. Oyundan öncə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov çıxış eedərək iştirakçılara uğurlar arzulayıb. Daha sonra isə oyuna start verilib.

  Nəticələrə görə I yerə Yasamal komandası, II yerə Səbail komandası, III yerə isə Xəzər komandası layiq görülmüşdür. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.