VMH poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

     Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yаz çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. 17 – 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m, 2000 m məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növlərindən ibarət olmuşdur. Yekun nəticələrə əsasən komanda hesabında I yeri 839 xalla Binəqədi rayon komandası, II yeri 780 xalla Nizami rayon komandası, III yeri 749 xalla Sabunçu rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri 210 xalla Əziz Məmmədov (Binəqədi rayonu), II yeri 204 xalla Qadir Məmmədov(Binəqədi rayonu), III yeri 189 xalla Kamran Mehtiyev (Nizami rayonu) tutmuşlar.

    Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.