Voleybol üzrə 1998-1999-сu il təvəllüdlü qızlaz arasında Bakı şəhər açıq turnirinə yekun vurulmuşdur.

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi,Azərbaycan Voleybol Federasiyası və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılıgı ilə keçirilən voleybol üzrə 1998-1999-сu il təvəllüdlü qızlaz arasında Bakı şəhər açıq turnirinə yekun vurulmuşdur. Turnirdə Sumqayıt, Qax, Xətai, Lokomotiv, Sabunçu, Suraxanı, Nəqliyyat, Azərreyl və Lokomotiv-UGİM komandaları iştirak etmişlər.Ümumilikdə 9 komanda 3 yarımqrupda mübarizə aparmışdır. Nəticələrə görə I yerə Lokomotiv-UGİM, II yerə Sumqayıt, III yerə isə Azərreyl VK komandası çıxmışdır.

  Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.