Voleybol üzrə Bakı şəhər birinciliyi

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xətai rayon Uşaq Gənclər İdman Məktəbində voleybol üzrə 1998-1999-cu il təvəllüdlü oğlanlar və qızlar arasında Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda Xətai UGİM, Sabunçu UGİM, Lokomativ VK, Binəqədi UGİM, RİOEUGİM, Suraxanı UGİM, ADNA VK-nı təmsil edən komandalar mübarizə aparmışdır.  Nəticələrə görə qızlar arasında I yeri RİOEUGİM, II yeri Sabunçu UGİM, III yeri Binəqədi UGİM, oğlanlar arasında I yeri Sabunçu UGİM, II yeri Binəqədi UGİM, III yeri isə Xətai UGİM tutmuşdur.

    Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar