“Volontiada” – Könüllülərin 1-ci İdman Oyunları başa çatıb

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ili Könüllülər ili elan etməsi və Gənclər və İdman Naziriyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  və Azərbaycan İdman KönüllüləriIctimai Birliyi ilə birgə hazırlanmış plana əsasən “Volontiada” – Könüllülərin 1-ci İdman Oyunları başa çatıb. Yarışın keçirilməsində əsas məqsəd təşkilatlarda könüllü fəaliyyət aparan gənclərin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmək, gənc könüllülər arasında sağlam həyat tərzi və idman vasitəsi ilə sosial fəaliyyəti artırmaq, iştirakçılara vəntəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaq və gənc könüllülər arasında idmanın inkişafı və könüllü idmanı üzrə beynəlxalq idman əlaqələrini möhkəmləndirməkdir.

    Könüllülərin 1-ci İdman Oyunları ərzindəKönüllü Təşkilatında və  rayon Gənclər və İdman İdarələrində qeydiyyatda olan müvafiq yaş üzrə (16-29 yaş) 260-a yaxın gənc ,stend aticiliği, atletika, mini – futbol, basketbol, şahmat və stolüstü tennis yarışları üzrə öz bacarıqlarını sınayıblar. Qeyd edilən yarışlar peşəkar hakimlər tərəfindən idarə olunub. Oyunlarda şəffaflığın təmin edilməsi məqsədi ilə öncədən qeydiyyata alınmış komandalar təşkilatçılar tərəfindən təşkil olunmuş püşkatmada iştirak ediblər. Ümumilikdə, 5 idman növü üzrə 20 dən çox komanda iştirak etmişdir.

     Yarışa başlamazdan əvvəl bütün yarış iştirakçıları bədən hərarəti ölçən xüsusi cihazla həkim tərəfindən yoxlanışdan keçmişdir. Tədbir təşkilatçıları və həkim tərəfindən iştirakçılara pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya qaydaları haqqında və öncədən müəyyən olunmuş qaydalara əməl olunması barədə ətraflı məlumat verilmişdir.

           Yarışlar Stend Atıcılığı Mərkəzində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda və Şağan Olimpiya və İdman Kompleksində açıq havada keçirilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort