“Xəmsə” intellektual oyunu üzrə III Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.

    Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gəncliyə Yardım Fondunda yeniyetmələr arasında “Xəmsə” intellektual oyunu üzrə III Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir. “Xəmsə” intellektual oyununda 15 komanda iştirak etmişdir. Yarışma komandalar arasında sağlam rəqabət şəraitində keçmiş, verilən suallar tarix, coğrafiya, kimya, fizika, məntiq, dünya görüşünü əhatə etmişdir. Nəticələrə görə I yeri “Zəngi” komandası Nizami rayonu, II yeri “Xəzər” komandası Yasamal rayonu, III yeri “5+1” komandası Səbail rayonu, IV yeri isə “Proqress” Xətai rayonu tutmuşdur. Qalib komandalar Baş İdarə tərəfindən  kubok, müvafiq dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırılmışlar.

   Qeyd edək ki, “Xəmsə” intellektual oyunun final mərhələsi  dekabr ayında Naxçıvan şəhərində keçiriləcəkdir. Respublika final mərhələsində Bakı şəhərindən 4 komanda iştirak edəcəkdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort