“Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.

      Təfəkkür Universitetində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.
“Xəmsə” intellektual oyununda 9 komanda iştirak etmişdir. Yarışma komandalar arasında sağlam rəqabət şəraitində keçmiş, verilən suallar tarix, coğrafiya, kimya, fizika, məntiq, dünya görüşünü əhatə etmişdir.  Onu da qeyd edək ki,  suallar və cavablar redaktor qrupu tərəfindən hazırlanır. Cavabın doğruluğunu  aparıcı təsdiq edir. Sualı cavablandırmaq üçün aparıcı 5 saniyə vaxt verir. Vaxtın tamamında cavab vermek istəyən yoxdursa, aparıcı cavabı elan edir və növbəti suala keçir.
Oyunda Xətai rayonunun Xətai rayonunun komandası bütün rəqiblərinə qalib gələrək 1-ci yerə, Binəqədi rayonunun  komandası 2-ci yerə, Qaradağ rayonunun   komandası 3-cü yerə və Sabunçu rayonunun   komandası isə 4-cü yerə layiq görülmüşlər.
Zona mərhələsində mükafata layiq görülən hər bir komanda BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Qeyd etmək istərdik ki, Bakı şəhəri üzrə zona mərhələsində mükafata layiq görülmüş komandalar “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanmışlar.