“Xəmsə” milli intellektual oyununun Xəzər rayon mərhələsi keçirilmişdir

 Xəzər  rayon  Gənclər  və  İdman  idarəsi , Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə  “Xəmsə” milli intellektual oyunu keçirilmişdir. “Xəmsə” milli intellektual oyununun Xəzər rayon mərhələsində 8 komanda iştirak etmişdir. Yekun nəticələrə görə I yerə  183 №-li tam orta məktəb, II yerə 92 №-li tam orta məktəb, III yerə 26 №-li tam orta məktəb layiq görülmüşlər. Qaliblərə Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.