Xəzər rayonunda məhəllə futbolu keçirilmişdir

 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Türkan qəsəbəsində yerləşən futbol meydançasında Xəzər rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 12 komanda tərkibində 120 nəfər iştirak etmişdir. Turnirdə Türkan komandası I yeri, Mərdəkan komandası II yeri, Şüvəlan komandası III yeri tutmuşdur. Turnirin bağlanış mərasimində Xəzər rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.

 Qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri ilə və kubokla təltif olunmuşlar.