Xəzər rayonunda “Xəmsə” Milli İntellektual oyununun rayon mərhələsi keçirilmişdir

  “Xəmsə” Milli İntellektual Oyunu  üzrə gənclər arasında VII Azərbaycan Çempionatının  Xəzər rayon mərhələsi  keçirilmişdir.  Yarışda 7 komanda Milli Avasiya Akademiyasının “Aviator” komandası, Polis Akademiyasının “Meqapolis” komandası, 5 saylı Bakı Peşə məktəbinin “Dostluq” komandası, Abşeron-Binə Peşə Litseyinin “Buta” komandası, Xəzər rayonunun fəal gənc müəllimlərindən ibarət “Xəzər” komandası, “Gənc Müəllimlər” komandası, “İntellekt” komandası iştirak etmişdir. Nəticələrə görə I yeri “Meqapolis” komandası, II yeri “Aviator” komandası, III yeri “Gənc müəllimlər” komandası tutmuşdur.

 Xəzər rayon Gənclər və İdman Baş İdarəsi tərəfindən yarışın qaliblərinə kuboklar, diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.