“Xalqa bağışlanan ömür “ mövzusunda şeir müsabiqəsi kecirilmişdir

Bakı şəhər  Gənclər və İdman Baş idarəsi , Suraxanı rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə  bu gün  Suraxanı rayon İcra Hakimiyyətinin akt zalinda Ulu Öndər Heydər Əliyevin  xatirəsinə həsr olunmuş “Xalqa bağışlanan ömür “ mövzusunda rayon orta ümumtəhsil məktəblilərinin şagirdləri arasında şeir müsabiqəsi kecirilmişdir.  Musabiqədə 34 məktəb iştirak etmişdir .

Nəticələrə görə I yerə Bağirova Fəridə (104 saylı tam orta məktəb), II yerə Vahabzadə Ayla (290 saylı tam orta məktəb),  III yerə isə  Hümbətova Rəviyə ( 282 saylı tam orta məktəb) layiq görülmüşlər.

I, II, III yerləri tutmuş və fəqlənən məktəblilər Baş İdarə tərəfindəmn müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.