Xətai rayonu məktəbliləri arasında voleybol idman növü üzrə yarış keçirilmişdir.

   Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən Xətai rayonu məktəbliləri arasında voleybol idman növü üzrə yarış keçirilmişdir. Yarışda qızlar arasında 14, oğlanlar arasında 18 məktəb komandası iştirak etmişdir. Nəticələrə görə qızlar arasında  I yerə 269 saylı tam orta məktəb, II yerə 138 saylı tam orta məktəb, III yerə 59 saylı tam orta məktəb, oğlanlar arasında I yerə 221 saylı tam orta məktəb, II yerə 138 saylı tam orta məktəb, III yerə isə 59 saylı tam orta məktəb komandaları layiiq görülmüşlər. Qalib komandalar İdarə tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.