Xətai rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunu keçirilmişdir.

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2006-2007-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Xətai rayonu 264 nömrəli tam orta məktəbin mini-futbol meydançasında keçirilmişdir. Yarışmada I yeri Şahdağ komandası, II yeri Əhmədli komandası, III yeri Qalib komandası tutmuşdur. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Cəlil Əlizadə, Xətai rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Əhmədli öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmişlər.

   Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kubokla təltif olunmuşlar.

 

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort