Xətai rayonunda 2 fevral – Gənclər günü münasibətilə tədbir keçirilmişdir.

            Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  “2 fevral- Gənclər Günü” ilə əlaqədar  tədbir keçirilmişdir.

            Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva,  Bakı şəhər Gənclər və İdman Baş İdrəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionu Zemfira Meftahətdinova, Cəngi İdman Sağlamlıq Kompleksinin direktoru, beynəlxalq dərəcəli hakim, prezident təqaüdçüsü Hicran Şərifov, YAP Xətai rayon  təşkilatının Gənclər Birliyinin sədri Sərxan Əliyev, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev iştirak ediblər.

            Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Bakı şəhər Gənclər və İdman Baş İdrəsinin rəisi Raqif Abbasov  çıxış edərək Dövlət Gənclər siyasətinin uğurlu nəticələrindən, rayon gənclərinin qazandıqları nailiyyətlərdən söz açdılar.  Çıxışlarda qeyd olundu ki, Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiq qalaraq gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində böyük işlər görülməsinə imkan yaradır. Gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan da məhz bu diqqət və qayğının nəticəsidir. Bütün bunlara görə gənclərin fəallığı artır, onların uğurlarının sayı çoxalır. Xətai rayonunun gəncləri də ölkədə gedən proseslərdən kənarda qalmır, rayonun və respublikanın ictimai-siyasi həyatında fəallıq nümayiş etdirirlər.

        Tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında, təhsildə, səhiyyədə, idmanda fərqlənən bir qrup gəncə fəxri fərmanlar və diplomlar təqdim edildi.

          Sonda tədbir əyləncəli-musiqi proqramı ilə davam etdi.