Xətai rayonunda Bakı şəhər məktəblilərinin XXVIII Spartakiadasının bağlanış mərasimi keçirilmişdir

      22 noyabr 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətinin inzibati binasında Bakı şəhər məktəblilərinin XXVIII Spartakiadasının bağlanış mərasimi keçirilmişdir.

         Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Xətai  Rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, Bakı şəhəri üzrə rayon gənclər və idman idarələrinin rəisləri, rayon ictimaiyyəti, rayonun təhsil və idman təşkilatlarının rəhbərləri, fəal gənclər və şagirdlər iştiak etmişdir.

         Tədbiri giriş sözü ilə açan Xətai  Rayon İcra Hakimiyyəti baçşısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bütün qonaqları salamlamış, onlara rayon haqqında qısa məlumat vermişdir. Qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti ölkəmizin digər bölgələrində olduğu kimi Xətai rayonunda da müvəffəqiyyətlə icra olunur. Rayonun gəncləri vətənin tərəqqisi naminə qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün bacarıqlarını əsirgəmirlər.

         Sonra çıxış digər natiqlər Xətai  Rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ümumi XXVIII Spartakidanın proqramına daxil olan idman yarışlarında qalib gəlmiş komandaları təbrik etmiş, ölkəmizdə idmanın inkişaf etdirilməsini və kütləvləşməsini, idman sahəsində gerçəkləşdirilən dövlət siyasətini, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsini, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirləri xüsisi olaraq vurğulamışlar.

         Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVIII Spartakiadanın baş hakimin müavini Salman Əbdülov 2015-2016-cı tədris ili müddətində  Bakı şəhər məktəbliləri arasında keçirilmiş XXVIII Spartakiadanın yekunları haqqında məruzə ilə çıxış dərək,  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII Spartakiadanın proqramına daxil olan dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar), basketbol (oğlanlar), mini-futbol növləri üzrə yarışlarından sonra Xətai rayonunun 21 xalla I yeri, Sabunçu rayonunun 34 xalla II yeri, Suraxanı rayonunun 41 xalla III yeri tutduğu barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Bakı şəhər məktəbliləri arasında keçirilmiş XXVIII Spartakiadada 747 nəfər idmançı (onlardan 236 nəfəri qızlardır) iştirak etmişdir.

        Daha sonra Çex Respublikasının Praqa şəhərində Şahmat idman növü üzrə  8 yaşadək oğlanlar arasında keçirilən Avropa birinciliyinin bürünc mükafatçısı, Xətai rayon 25 № li tam orta məktəbin 2-ci sinif şagirdi Əli Taleh oğlu Süleymanov Xətai Rayon İcra Hakimiyyəti baçşısı tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

          Sonda Bakı şəhər məktəblilərin XXVIII Spartakiadasının növləri üzrə qalib gəlmiş məktəblərin müəllimləri və ümumi Spartakidada I, II və III yerləri tutmuş rayon idarələri mükafatlandırılmışdır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort