“Xocalı Soyqırımını Unutma” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

      Bu gün Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının XXVII ildönümünə həsr olunmuş konfrans və “Xocalı Soyqırımını Unutma” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

       Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gəncliyə Yardım ‎Fondunun   prezidenti Ahmet Tecim, millət vəkilləri Sona  Əliyeva, Fazil Mustafa, Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyi Din İşləri Müşaviri Kamil Günəş, Türkiyə və Azərbaycan İş adamları və Sənayeelçiləri İctimai Birliyinin sədri Hüseyn Böyükfrat, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ayna Allahyarqızı, qazilər,  Xocalı sakinləri, valideyn, müəllimlər və gənclər iştirak etmişlər.

       Öncə  şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və Xocalı soyqrımına həsr edilmiş vidoçarx nümayiş edilib.

     Tədbirdə çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulamışlar, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildiriblər. Şanlı Aprel döyüşlərindən, ordumuzun uğur zəfəri haqqında da bir daha konfrans iştirakşılarını məlumatlanddırıblar.

       Daha sonra inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırlıb. I yerə Xətai rayonu Humanitar Fənlər Liseyinin  şagirdi Ləman Mansurova, II yerə Sabunçu rayonu 198 saylı orta məktəbin  şagirdi Fidan Rəcəbli, III yerə isə Yasamal  rayonu 20 saylı məktəb-liseyin  şagirdi Firuzə Quliyeva  layiq görüldülər.  Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.